Saridan Mursaqulov
Doğum tarixi: 10 yanvar, 1953
Təhsili: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Saridan Ramiz oğlu Mursaqulov 10 yanvar 1953-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda müəllim ailəsində anadan olub. Uşaq yaşlarından idmana böyük marağı onu Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutuna gətirib.
Saridan Mursaqulov ömrünün 55 ilini peşəkar idmana həsr edib. 1975-ci ildən isə alpinizm idman növü ilə ciddi məşqul olmağa başlayıb və dünyanın neçə-neçə uca dağlarını fəth edərək, orada Azərbycan bayrağını dalğalandırıb.
Zirvələr
Saridan Mursaqulov 1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq Həmkarlar İttifaqı Respublika Alpinist-Turist Klubunu yaradıb və bu günə kimi də ona uğurla rəhbərlik edir. Onun şəxsi iştiraki və rəhbərliyi ilə Azərbaycanın bir neçə adsız zirvələri fəth edilərək onlara ad verilib. Bunlardan “Azəri”, “Azadlıq”, “Şəhidlər”, “Gənclik”, 1998-ci ildə Ümumilli lider Heydər Əliyevin 75 illik yübileyinə “Heydər Zirvəsi”, 1999-cu ildə Türk xalqının banisi Atatürkün şərəfinə “Atatürk Zirvəsi”, 2001-ci ildə olimpiyaçılarımızın şərəfinə “Olimpiya” zirvəsi, 2003-cü ildə Qırğıstan Respublikasının dağlarında “Azərbaycan” zirvəsi adlarını verməklə Saridan Mursaqulov və onun komandası Azərbaycan tarixinə şərəfli səhifələr yazıblar.
Saridan Mursaqulov Azərbaycan alpinizm tarixində ilk dəfə olaraq, dünyanın ən məşhur zirvələrini fəth edib: Bunlar- Elbrus, Kazbek, Ağrıdağ, Damavend, Savalan, Monblan, Tatra, Lenin, Xan – Tenqri və sairə zirvələri məhz onun sayəsində fəth edilib. Bu da bir daha Azərbaycan alpinizminin necə peşəkar olduğunu nümayış etdirməklə, bu kamandaya inamı daha çox artırıb.
Fəaliyyəti
Saridan Mursaqulov 1991-2000-ci illərdə həm də Azərbaycan Alpinist Federasiyasının prezidenti olub. Bu sahədə də Azərbaycan üçün böyük işlər görüb. O, 65 yaşında olmasına baxmayaraq, bu günə kimi öz idman fəaliyyətini uğurla davam etdirir, yeniyetmələrin və gənclərin hazırlanmasında çox yaxından iştirak edir.
Saridan Mursaqulovun bu böyük əməyi də həm Azərbaycan və həm də başqa dövlətlər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Saridan Ramiz oğlu Mursaqulov Azərbaycanın Bədən Tərbiyəsi və İdman əlaçısı, Bədən Tərbiyəsi və İdman fəxri işçisi, Əməkdar məşqçi, “Tərəqqi” medalı, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi kimi adlar və medalla təltif edilib. Bundan başqa o, Türkiyə, Gürcustan, Rusiya, Qirğıstan respublikaları və İran İslam Respublikasının da Fəxri diplomu və Fəxri Fərmanları ilə təltif olunub. Həmin respublikalarda onun haqqında bir-birindən maraqlı çoxlu yazılar yazılıb.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları