Xəbərlər
Azərbaycan tarixində velosipedlə yeni rekorda imza atılıb
Ramil Ziyadov velosipedlə Lenin zirvəsinin (7134 m ) artıq dəniz səviyyəsindən 5600 m hündürlüyünə çıxmağı bacarıb.
Burdan Bura xəbər verir ki, bu günlərdə Tacikistan ərazisində yerləşən Lenin zirvəsinə (7134 m ) velosipedlə çıxmağı qarşısına məqsəd qoyan Ramil Ziyadov artıq dəniz səviyyəsindən 5600 m hündürlüyə çıxmağı bacarıb. Bununla da o velosipedlə ən yüksəyə çıxaraq ölkəmizin yeni rekorduna imza atıb.
Qeyd edək ki, Ramil Ziyadov velosipedlə 7134 m hündürlüyə çıxarsa dünya rekordunu qırmış olacaq. Qarşıda onu daha da çətin sınaqlar gözləyir. Bu yolda ona uğurlar arzulayırıq.