Səyahətçilər

Orxan Rzayev

Eleven Kings

Orxan Rzayev

Doğum tarixi: 1987
Təhsili:  Azərbaycan Dövlət İqtisad Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @orkhanrza
Facebook: Orkhan Rzayev

Orxan Rzayev 1987-ci ildə Bakıda anadan olub. 2005-ci ildə 666 balla AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.

2010-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsilinə başlayıb, lakin təhsili yarımçıq dayandırıb.

2011-ci ildən startap sektorunda fəaliyyət göstərir. AzNetShop, Endirimvar, Manads, MobChannel, RoadInfo kimi layihələrin həmtəsisçisi/icraçısı olub. 2016-cı ildə Mediamark Agentliyini təsis edib.

2017-ci ildə Eleven Kings, futbol oyun biznesini yaradıb. Şirkət İsveçrədə qeydiyyatdan keçib. Toxumdan öncəki investisiya mərhələsində (pre-seed) $210 000 investisiya cəlb olunub. Ronaldinyo ilə əməkdaşlıq üçün razılıq əldə edilib. İngiltərənin “Sheffield United” futbol klubu ilə reklam-sponsorluq əməkdaşlıqları baş tutub.

10  ildən artıq müddətdir ki, rəqəmsal marketinqi üzrə fəaliyyət göstərir, 100-dən çox şirkətə konsultasiya verib, rəqəmsal marketinq strategiyasının qurulmasında iştirak edib.

ABŞ, İsveçrә, İtaliya, Almaniya, Hollandiya vә Türkiyәdә keçirilәn treyninqlәrin vә tәdbirlәrin iştirakçısıdır. 30 ölkədə, 100ə yaxın müxtəlif şəhərdə olub.

2014-cü ildən Orkhanrza.com bloqu fəaliyyət göstərir. Ailəlidir, Zəhra və Leyla adlı iki qızı var.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version