Xəbərlər

10 yaşlı Bayes Wilder dünya rekordunu yeniləyib

2012-ci ilin oktyabrında qayaya dırmanma üzrə rekord qeydə alınmışdı: 11 yaşlı amerikalı alpinist Aşima Şiraişi 8c+ marşrutuna qalxıb.

2012-ci ilin oktyabrında qayaya dırmanma üzrə rekord qeydə alınmışdı: 11 yaşlı amerikalı alpinist Aşima Şiraişi 8c+ marşrutuna qalxıb. Əvvəlki oxşar nailiyyətləri dərhal bir neçə il qabaqlayan Aşima, misilsiz rekordçuya çevrildi. Onun nailiyyətini gənc alpinistlərdən heç biri ötüb keçə bilmirdi.

Burdan Bura xəbər verir ki, indi, 9 il sonra, 10 yaşlı amerikalı Bayes Wilder bu rekordu qıra bildi və o, Aşima-nın rekord qırdığı eyni marşrutda bunu etdi! Bayes, Kentukki ştatının Qırmızı çay dərəsinin qayalıqlarına etdiyi iki həftəlik səfəri zamanı “Southern Smoke” marşrutuna qalxa bildi. 10 yaşlı alpinist marşrutu tamamlamaq üçün cəmi 6 cəhd göstərib.

Beləliklə, Bayes Wilder tarixdə 8c+ marşrutunu fəth etməyi bacaran ən gənc alpinist oldu!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version