Xəbərlər
103 yaşlı qadın dünya rekordu vurdu
Cəsarətli isveçli qadın paraşütlə tandem tullanmasını başa vuran ən yaşlı insan olaraq dünya rekordu vurub.
103 yaşlı İsveçli qadın Rut Larsson dünya rekordu vurdu
Cəsarətli isveçli qadın paraşütlə tandem tullanmasını başa vuran ən yaşlı insan olaraq dünya rekordu vurub. Larsson tullanmasını İsveçin Motala şəhərində paraşütçü Joakim Johansson ilə həyata keçirib.
103 yaş 259 günlük olan Larsson 103 yaş 181 gün olan əvvəlki rekordu yeniləyib. “Bunu etmək çox gözəl idi, mən uzun müddətdir ki, bu barədə düşünürdüm” – o, deyib.
Ginnesin Rekordlar Kitabına görə, Larsson ilk dəfə 90 illik yubileyinə az qalmış yamac paraşütünü kəşf edib.