Xəbərlər

18 yaşlı türkiyəli dünya səyahətinə çıxıb

Halil Kaptan sentyabr ayında dünya səyahətinə çıxıb. İlk öncə Türkiyəni gəzməyə başlayan Halil daha sonra Gürcüntana keçərək səyahətinə buradan başlayıb.

18 yaşlı türkiyəli Halil Kaptan sentyabr ayında dünya səyahətinə çıxıb. İlk öncə Türkiyəni gəzməyə başlayan Halil daha sonra Gürcüntana keçərək səyahətinə buradan başlayıb.

Burdan Bura xəbər verir ki, o Balkan ölkələrinə, Albaniya, Makedoniya, Monteneqroya səyahət edib. Bu ölkələri gəzdikdən sonra Türkiyəyə qayıdıb və qısa müddət sonra dünya səyahətinə davam edib. Fasilədən sonra ilk ölkəsi Azərbaycandır. Dekabrın 9-u ölkəmizə gələn Halil buranı çox bəyənib. Təkcə mərkəzi deyil, həmçinin Qobustan, Balaxanı kimi turistik yerləri də gəzməkdədir.

“Dünyanı gəzmək istəyəndə mənim sadəcə 13 yaşım var idi. Hər şey imkansız kimi görünürdü və xəyal qırıqlığına uğrayırdım. Dünyanı görmək istəyirdim və elə bu istəklə də qalırdım. Yaş irəlilədikcə anladım ki, bu dünyada heç nə mümkünsüz deyil. Ən imkansız olanların belə bir çıxış yolu var” deyə Halil Kaptan bildirib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version