Xəbərlər
3 günə 15 zirvə fəth edən alpinistlər – MÜSAHİBƏ
22-29 Avqust 2021-ci il tarixində Böyük Qafqaz Dağlarının şərq hissəsində Azərbaycan ərazisində unikal dağ yürüşü olmuşdur.
22-29 Avqust 2021-ci il tarixində Böyük Qafqaz Dağlarının şərq hissəsində Azərbaycan ərazisində unikal dağ yürüşü olmuşdur. Bu yürüş zamanı bir neçə yeni rekorda imza atılmışdır. Yürüşün məqsədi Azərbaycanın 4000 m-dən yüksək bütün 15 zirvələrinin qısa vaxt ərzində keçilməsi idi.
İştirakçılardan biri – Rinat Rəhimxanov – sürətli keçidi 2 gün 22 saata ( 70 saat ) Çarundağ zirvəsində bitirdi. Digər iştirakçılar – Rüfət Qocayev, Xəyal Zalıyev – 3 gün 12 saata ( 84 saat ) bitirdilər.
Müxbir: Hüseyn Hüseynov
Videoqraf: Teymur Məmmədov
Çəkilişdə yaratdığı şəraitə görə “Kampinist Kafe”yə minnətdarlığımızı bildiririk!