Xəbərlər

4000-lik zirvələri qısa müddətə fəth etmə layihəsi yekunlaşıb

7×4000 + 8×4000 formatında 4000m-lik zirvələri qısa müddətdə fəth etmə layihəsi bu gün yekunlaşdı!

“Qartal Dağçılıq İdman Klubu”nun təşkilatçılığı ilə 7×4000 + 8×4000 formatında 4000m-lik zirvələri qısa müddətdə fəth etmə layihəsi bu gün yekunlaşdı! 3 nəfər iştitakçı bütün 15 ədəd 4000m-lik zirvələri rekord müddətə çıxmağı bacarıb! Nəticələr belədir:

  1. Rinat Rəhimxanov: 2 gün 22 saat
  2. Rüfət Qocayev: 3 gün 12 saat
  3. Xəyal Zalıyev: 3 gün 12 saat

Hədəf çox çətin və hətta inanılmaz idi. Hədəfə çatan hər 3 iştirakçını və cəsarət göstərib qatılan bütün iştirakçıları Burdan Bura komandası adından təbrik edirik!

Bir daha qeyd edək ki, 7×4000 + 8×4000 formatında ümumilikdə aşağıdakı göstərilmiş 15 ədəd zirvə rekord müddətə çıxılıb:

7×4000 (əsas)

  1. Bazardüzü – 4466 m
  2. Şahdağ – 4243 m
  3. Tufandağ – 4191 m
  4. Bazaryurd – 4156 m
  5. Yarudağ – 4116 m
  6. Çarundağ – 4079 m
  7. Raqdan – 4020 m

8×4000 (digər)

  1. Zəfər – 4301 m
  2. Azadlıq – 4118 m
  3. Cənubi Şahdağ – 4107 m
  4. Şəhidlər – 4100 m
  5. Azəri – 4095 m
  6. Turfan – 4071 m
  7. Çingiz – 4062 m
  8. Şərqi Şahdağ (İlham) – 4055 m

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version