Xəbərlər
5 marşrut çex və isveç üsulu ilə işarələnib
AT-nun sifarişi ilə 1 il öncə “Mountain Host”un qiymətləndirməsini apardığı 10 marşrutdan 5-ni bu il Çex və İsveç üsulu ilə işarələyiblər.
Azərbaycan Turizm Bürosunun sifarişi ilə 1 il öncə “Mountain Host”un qiymətləndirməsini apardığı 10 marşrutdan 5-ni bu il Çex və İsveç üsulu ilə işarələyiblər. Bu marşrutlar Qərb regionunda yerləşir. Marşrutlar başlanğıcdan sona qədər işarələnib, rahat-rahat gedib gəzmək mümkündür. Hər bir marşrutla bağlı ayrı-ayrılıqda post paylaşılıb, detallı məlumat veriləcək.
Göygöl, Daşkəsən və Gədəbəy rayonlarında yerləşən həmin 5 turizm marşrutu aşağıdakılardır:
Əzgilli-Cavadxan
Əzgilli-Çıraqlı
Çıraqlı-Kollu-Dəstəfur
Əmirvar-Qız qalası-Mahrasa
Mahrasa-Soyuqbulaq.