Xəbərlər

5600 metr hündürlükdə çəkilmiş dünyanın ilk bədii filmi 14 sentyabrda yayımlanacaq

Polşalı alpinistlər Macey Berbeka və Tomaş Kovalskinin Broad Peak zirvəsinə ilk qış dırmanışından sonra faciəvi ölümlərindən bəhs edən film.

Sentyabrın 14-ü “Netflix” platforması daha bir yüksək adla zənginləşəcək.

Film polşalı alpinistlər Macey Berbeka və Tomaş Kovalskinin 2013-cü il martın 5-də Broad Peak (8051 m) zirvəsinə ilk qış dırmanışından sonra faciəvi ölümlərindən bəhs edir.

Filmin rejissoru polşalı Leszek David-in real hekayəyə əsaslanan “Broad Peak” filmi 5600 metr hündürlükdə çəkilmiş dünyanın ilk bədii filmidir.
Macey Berbeka rolunu polşalı aktyor İreneuş Krop canlandırıb.
Çəkilişlərin aparıldığı zirvə Broad Peak-dir.
Rejissor 200-ə yaxın pakistanlının köməyi ilə aktyorları və ekipajı baza düşərgəsinə daşıyıb. Berbeka rolundan maksimum yararlanmaq üçün baş qəhrəman İreneuş Krop müvafiq alpinizm təlimi keçməli olub.

Filmin prodüserlərindən biri olan Maciej Rzączyński deyib ki, onların məqsədi geniş tamaşaçı auditoriyasına xidmət göstərmək və eyni zamanda filmi “dağ mütəxəssislərinin bizə gülməməsi üçün kifayət qədər yaxşı çəkmək” olub.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version