Xəbərlər

Abşeron Milli Parkının yolu təmir olunur

Milli Parkdan “Burdan Bura”ya verilən məlumata görə, girişə qədər olan bərbad hissə 360 metr və girişdən sonra 2100 metr yol təmirə bağlanıb.

Abşeron Milli Parkının yolları təmir olunur.

Milli Parkdan “Burdan Bura”ya verilən məlumata görə, girişə qədər olan bərbad hissə 360 metr və girişdən sonra 2100 metr yol təmirə bağlanıb. Yol infrastrukturunda aparılan təmir işləri və asfalt örtüyünün yenilənməsi ilə əlaqədar parka giriş 29 iyul tarixinədək bağlı olacaq.

Milli Park müvəqqəti narahatlığa görə ziyarətçilərdən üzr istəyir. Təmirdən sonra turistlər yenilənmiş yolda parkı daha rahat ziyarət edə biləcəklər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version