Xəbərlər
Aİ Azərbaycandan səyahətlərə icazə verdi
Aİ-yə üzv 27 dövlətin səfirləri ölkələrin yaşıl siyahısının genişləndirilməsini təsdiqləyiblər. Bu barədə “Reuters” məlumat yayıb.
Aİ-yə üzv 27 dövlətin səfirləri ölkələrin yaşıl siyahısının genişləndirilməsini təsdiqləyiblər. Bu barədə “Reuters” məlumat yayıb. Qərar bu gün Aİ səfirlərinin iclasında verilib. Yeni qərarla Azərbaycan, Kanada, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı siyahıya əlavə edilib.
Xatırladaq ki, ötən il Aİ koronavirus pandemiyasına görə təşkilat xaricindəki ölkələrdən qeyri-vacib səyahətləri dayandırmışdı.