Səyahətçilər

Alla Qaraqaşlı

Bakı fanatı

Alla Qaraqaşlı

Sosial şəbəkə hesabları:
Instagram: @mickeyfamous

Alla Qaraqaşlı İnstagram səhifəsində və bloqunda Bakı şəhərinin maraqlı yerləri haqqında məlumat verir, həftə sonları neft milyonçularının yaşayış mülklərinə ekskursiyalar aparır. Bakı tarixində “neft bumu” ən çox sevdiyi dövrdür.

Hazırda layihə meneceri olaraq çalışır. Hobbisi isə yazmaqdır. Müxtəlif vaxtlarda Friday.az saytı, Sabina, Business impact  və.s jurnallar üçün məqalələr yazıb. Hal-hazırda “Azərbaycan Turizm Bürosu” jurnalı ilə əməkdaşlıq edir.

Alla, həmçinin Bakı haqqında olan Cellar Door (urcellardoor) teleqram kanalının sahibidir. Telegram kanalı 2017-ci ilin dekabr ayında yaranıb. Kanal sevdiyi sitatlar və məqalələrin paylaşıldığı bir lentdən Bakı üzrə cib bələdçisinə çevrildi.

Oxucuların istəyi və dəstəyi ilə 2019-cu ilin yayında BakuSignseeing.com ilə birlikdə iki tur hazırlayaraq həyata keçirib.

Çəkdiyi Bakı şəkillərinin motivi əsasında, “Ninka Kards” ilə birlikdə kartpostallar ərsəyə gətiriblər. 2020-ci ilin yay aylarında isə “Şüşəbənd” adlı pin buraxıldı. Bütün bunlar Bakı şəhərinə olan sevgini təbliğ etmək məqsədi daşıyırdı.

Rayonlara səyahət etməyi də çox sevir. Səyahət zamanı ərazini araşdırıb, sonra bu yerləri ziyarət etmək istəyənlər üçün bələdçilər hazırlayır. O inanıram ki, Bakı və bütövlükdə Azərbaycan tarixi ilə zəngin və gözəldir və hər kəs buraya aşiq olmaq üçün bir səbəb tapa bilər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version