Səyahətçilər
Andrey Qədimov
Dağçı mühəndis
Andrey Qədimov
Doğum tarixi: 21 sentyabr, 1982
Təhsili: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @andreykadimov
Facebook: Andrey Kadimov
Andrey Qədimov 21 Sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-2003-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis-Qaz və Neft quyuların qazılması üzrə bakalavr təhsili alıb. 2007-2009-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis-Qaz və neft quyuların qazılması üzrə magistr təhsili alıb. 2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Doktoranturanı bitirdi və Texniki üzrə Doktorant vəzifəni aldı.
2006 – cı ildən indiyə kimi neft sənayesində mühəndis vəzifəsində quruda və dənizdə çalışır. Xarici proyektlərdə iştirak etmişdir. Eyni zamanda 2020-ci ildən bəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft və Qaz Mühəndislik fakültəsində müəllim vəzifəsində çalışır.
11 il alpinizm təcrübəsinə və alpinizmdə ikinci dərəcəyə malikdir. “Ala-arça” Qırğızıstan Alpinist-təlim düşərgəsində təcrübə keçib. Müxtəlif çətinlik kateqoriyalı marşrutlarda, 50-dən çox zirvə yürüşlərində olub.
Ən əhəmiyyətli texniki cəhətdən çətin zirvə yürüşləri:
Şimali Uşba zirvəsi (4690 m.) — SSRİ dağıldıqdan sonra Azərbaycandan ilk dəfə, 2016-cı il;
Çatın-Tau (3950 m.), 2017-ci il;
Ortsverri (4690 m.), 2016-ci il.
Təke-Tor (4441 m.), 2014 il.
Olega Koşevogo, travers (4550 m.), 2014 il.
Kazbek 5047m (dəfələrlə).