Xəbərlər
Aqrar turizmin inkişafı əsas hədəflərimizdən biridir
Altenativ turizm növü kimi aqrar turizmin inkişafı Dövlət Turizm Agentliyinin (DTA) əsas hədəflərindən biridir.
Altenativ turizm növü kimi aqrar turizmin inkişafı Dövlət Turizm Agentliyinin (DTA) əsas hədəflərindən biridir.
Burdan Bura Reporta istinadən xəbər verir ki, bunu DTA-nın Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Agri Vision” layihəsi çərçivəsində təşkil olunmuş “Aqro-Turizm İnvestisiya Forumu”unda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu sahədə böyük potensialı var: “Kənd təsərrüfatı ilə məşğul olan təsərrüfatların eyni zamanda əlavə fəaliyyət növü kimi turizmə yönəlməsi və turizm fəaliyyətində əlavə gəlir əldə etməsi sözsüz ki, Avropa İttifaqının bir sıra ölkələrində özünü doğrultmuş fəaliyyət növüdür. Bizim bu sahədə potensialımızdan maksimum dərəcədə istifadə etməyimiz üçün heç bir əngəl yoxdur”.
E.Cavadov deyib ki, bu sahədə aparılan işlərdə müəyyən bir mərhələlik və müəyyən bir strateji yanaşmaya ehtiyac var: “Dövlət Turizm Agentliyi olaraq biz ilkin olaraq daha çox resursların yerləşdiyi ərazilərə üstünlük veririk. “Agri Vision” layihəsi dövlət-özəl əməkdaşlığı baxımından ən tərəqqi layihələrdən biridir. Turizm elə sahədir ki, burda istənilən halda yalnız bir tərəflə işləmək mümkün deyil, bu, əməkdaşlıq tələb edən sahədir. Buna görə də digər dövlət qurumlarının iştirakçıları da turizmlə əlaqədar görülən işlər barədə məlumat veriblər. Biz də bilirik ki, bu sahənin birgə inkişaf etdirmək mümkündür”.