Xəbərlər
“Atalanta” filminin nümayişi – Video reportaj
İlk Yol Filmlərindən hesab olunan, rejissor Jan Viqonun “Atalanta” filmi tamaşaçıların böyük marağına səbəb oldu.
İyunun 14-ü “Azərbaycan” kinoteatrında Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız İnstitutunun Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birgə təşkil etdiyi “100% klassika, fransız kinosunun dadı” silsiləsinin ikinci filmi nümayiş olundu.
İlk Yol Filmlərindən hesab olunan, rejissor Jan Viqonun “Atalanta” filmi tamaşaçıların böyük marağına səbəb oldu. Tədbirin moderatorları kinorejissor Murad Abiyev və kinoşünas Sevda Sultanova filmin müzakirəsini idarə etdilər.
Müxbir: Hüseyn Hüseynov
Videoqraf: Teymur Məmmədov