Xəbərlər
ATBA-da seçkilər keçirilib
“Azərbaycan Turizm Blogerləri Assosiasiyası” İdarə Heyətinin yeni tərkibi seçilib.
“Azərbaycan Turizm Blogerləri Assosiasiyası” İdarə Heyətinin yeni tərkibi seçilib.
14 iyun 2023-cü il tarixdə ATBA İdarə Heyətinin yeni tərkibinin ilk iclası keçirildi. İştirakçıların illik toplantısında gündəlikdə duran əsas məsələlər ATBA İdarə Heyətinə yeni sədr və üzvlərin seçilməsi olub. Assosiasiyanın İdarə Heyətinin tərkibinə qanunla müəyyən edilmiş iki il müddətinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, səs çoxluğu ilə 5 bloger İdarə Heyətinə daxil edilib. Sədr müavini – Rüstəm Nəbizadə, baş katib – Elşən İsmayılov, mətbuat katibi – Abdulla Quliyev, sədrin müşavirləri Gülgün Ənvərli və Sürəyya Axundova.
İdarə Heyətinin yeni üzvləri öz peşəkar təcrübələrindən istifadə edərək növbəti iki il ərzində Assosiasiyanın əsas fəaliyyətini müəyyənləşdirəcəklər.
Azər Qərib səs çoxluğu ilə ATBA-nın İdarə Heyətinin sədri vəzifəsinə seçilib. İclas iştirakçıları Azər Qəribə 2020-2023-cü illərdə ATBA-nın İdarə Heyətinin sədri kimi fəaliyyətinə görə təşəkkür edərək, assosiasiyanın əsas dəyərlərinin uğurla qorunub saxlanmasını və əsas layihələrinin mütərəqqi inkişafını qeyd ediblər.
ATBA İdarə Heyətinin seçilmiş sədri Azər Qərib göstərdikləri etimada görə assosiasiya üzvlərinə təşəkkür edib və assosiasiyasının əhəmiyyətinin artırılması istiqamətində bütün iştirakçıların birgə səmərəli fəaliyyətinə əminliyini bildirib.
Azərbaycan Turizm Blogerleri Assosiasiyası 2020-ci ilin 5 oktyabrında rəsmi olaraq qeydə alınıb. Səyahət blogerlərini, yazarlarını bir çətir altında toplayan assosiasiya qısa müddətdə turizm sektorunda öz sözünü deməyi bacarıb.