Xəbərlər
Avstraliya iki ildən sonra ilk dəfə beynəlxalq səyahətlər üçün sərhədlərini açacaq
Avstraliya pandemiya zamanı dünyanın ən sərt sərhəd nəzarətlərindən birini tətbiq edirdi.
Avstraliya pandemiya zamanı dünyanın ən sərt sərhəd nəzarətlərindən birini tətbiq edirdi. Hökumət təxminən iki ildən sonra ilk dəfə olaraq sərhədlərini peyvənd edilmiş turistlər və digər viza sahibləri üçün açacağını açıqlayıb.
Baş nazir Scott Morrison, “Əgər iki doza peyvənd olmusunuzsa, sizi yenidən salamlamağı səbirsizliklə gözləyirik” deyə bildirib.
21 Fevralda beynəlxalq təhsil də daxil olmaqla bir çox sektorlar üçün qaydaların dəyişəcəyi qeyd olunur. Koronavirus pandemiyası zamanı Avstraliya dünyanın ən sərt sərhəd nəzarətinə malik idi. 2020-ci ilin mart ayında hökumət sərhədləri bağladı. Əksər əcnəbilərin ölkəyə girişini qadağan etdi.
Ötən ilin dekabrından bəzi beynəlxalq tələbələr və bacarıqlı miqrantların ölkəyə girişinə icazə verilib.
Mənbə: BBC