Xəbərlər

Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Turizm Bürosu “Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu” mükafatı ilə təltif olunub.

Oktyabrın 23-də Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimində Azərbaycan Turizm Bürosu “Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu” mükafatı ilə təltif olunub.

Mükafat İtaliyanın Mədəniyyət Nazirliyinin Avropa Şurasının Mədəni Marşrutlar üzrə nümayəndəsi Giuliana De Françesko tərəfindən Azərbaycanın Siciliya və Kalabriyadakı fəxri konsulu Domeniko Kokoya təqdim olunub.

İtaliyanın Siciliya bölgəsində keçirilən tədbirdə müxtəlif kateqoriyalar üzrə verilən mükafatlar “İter Vitis” beynəlxalq şəbəkəsinin üzv ölkələrində şərab irsini və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini daşıyır.

Qeyd edək ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən “İter Vitis” beynəlxalq şəbəkəsinə 2019-cu ildən etibarən üzv qəbul olunub.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version