Xəbərlər

Azərbaycan Turizm Bürosu Antalya Turizm Sərgisində

Azərbaycan Turizm Bürosunun Antalya Turizm Sərgisində iştirakı çərçivəsində 30-a yaxın şirkətlə B2B formatlı görüşlər keçirilib.

27-28 oktyabrda Azərbaycan Turizm Bürosunun Antalya Turizm Sərgisində iştirakı çərçivəsində 30-a yaxın şirkətlə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilib.

Azərbaycana səyahət təşkil edən, eləcə də ölkəmizə tur təşkil etməyi planlaşdıran şirkətlərlə keçirilmiş görüşlər zamanı onlara Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş torpaqların turizm potensialı, müalicəvi turizm və ekoturizm məhsulları haqqında məlumat verilib.

Bundan əlavə, Türkiyənin bir sıra turizm reklam və media şirkətləri ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

2019-cu ildən etibarən hər il keçirilən sərgiyə bu il 25 fərqli ölkədən 2 minə yaxın iştirakçı qatılıb.

Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 20186 nəfər təşkil edib ki, bu da 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 44.6% artım deməkdir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version