Xəbərlər
Azərbaycan Türkiyədə keçiriləcək turizm sərgisində iştirak edəcək
Azərbaycan fevralın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə iştirak edəcək.
Azərbaycan fevralın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə iştirak edəcək.
Sərgini Türkiyədə fəaliyyət göstərən “Hyve Group” təşkil edəcək. Sərginin keçirilməsi üçün “Tüyap Sərgi və Konqres Mərkəzi”ndə yer ayrılıb.