Xəbərlər
Azərbaycan və Serbiya arasında turizm əlaqələri müzakirə olunub
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiya Respublikasının Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında görüş olub.
Azərbaycan və Serbiya arasındakı turizm üzrə əlaqələrin inkişaf perspektivləri, pandemiyanın turizmə təsirləri və bu dövrdə həyata keçirilmiş layihələr, eləcə də təcrübə mübadiləsi məsələləri sentyabrın 8-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiya Respublikasının Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında müzakirə olunub.
Görüşdə Fuad Nağıyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı və oradakı turizm infrastrukturunun yenidənqurulması və bərpası istiqamətində görülən işlərdən danışıb.
O qeyd edib ki, gələcəkdə əcnəbi turistlər yeni turizm destinasiyası kimi tanınacaq Qarabağa cəlb olunacaqlar.
Səfir Draqan Vladisavlyeviç növbəti illərdə qarşılıqlı səfərlərin artacağına və əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.
Görüş zamanı turizm sahəsində qarşılıqlı investisiyaların artırılması, birbaşa aviareyslərin açılması üzrə müvafiq tədbirlərin görülməsi, postpandemiya dövründə turizmin bərpası üzrə planlaşdırılan fəaliyyətlər haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.