Xəbərlər
Azərbaycan vətəndaşları Qazaxıstanda artıq 90 gün qala biləcək
Azərbaycan vətəndaşlarının Qazaxıstanda qalma müddətində dəyişiklik edilib.
Azərbaycan vətəndaşlarının Qazaxıstanda qalma müddətində dəyişiklik edilib.
Burdan Bura xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat yayıb.
O bildirib ki, Qazaxıstana səfər edən Azərbaycan vətəndaşları artıq 30 gün deyil, 90 gün Qazaxıstanda qala biləcəklər.
Xidmət rəisinin sözlərinə görə, bu, Azərbaycanla Qazaxıstan arasında imzalanan və qüvvəyə minən protokola əsasən mümkün olub.