Xəbərlər
Azərbaycanda turizm sammiti keçiriləcək
Dekabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan Turizm Sammiti 2022 keçiriləcək.
Dekabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək.
Tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.
Bakı Konqres Mərkəzində baş tutacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.
Tədbirdə iştirak etmək üçün 4 dekabr saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.