Xəbərlər
Azərbaycanda yeni təbii göl yaranıb
Zaqatalada dağlıq ərazidə yeni təbii göl yaranıb. Bu barədə Zaqatala sakini Məhərrəm Heydərov məlumat verib.
Zaqatalada dağlıq ərazidə yeni təbii göl yaranıb.
Bu barədə Zaqatala sakini Məhərrəm Heydərov məlumat verib. Göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib.
Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb.
M. Heydərov həmçinin bildirib ki, gölün daşması kimi və ya başqa hər hansı bir təhlükə yoxdur.