Xəbərlər
Azərbaycanlı alpinistlər Nepala yola düşüb
Azərbaycan alpinizm tarixində ilk dəfə olaraq Aylend Pik-ə (başqa adlı ilə Imja Tse 6165 m) komanda şəklində çıxmağa cəhd olunur.
Azərbaycan alpinizm tarixində ilk dəfə olaraq Aylend Pik-ə (başqa adlı ilə Imja Tse 6165 m) komanda şəklində çıxmağa cəhd olunur.
1 aprel 2023-cü il tarixində alpinistlər Qərib Tağızadə və Fariz Rəhimov Nepala yola düşüblər. Bu ölkəyə onların ilk səfərləridir. Alpinistlər Azərbaycanın şanlı bayrağını komanda şəklində zirvədə dalğalandıraraq geri dönmək niyyətindədirlər.
Bu da maraqlıdır: İsrafil Aşurlı dünyanın ən hündür 5-ci zirvəsini fəth eyməyə hazırlaşır
Dağçıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Alpinizm federasıyasının baş katibi İsrafil Aşurlı, Nature Discovery Azerbaijan rəhbəri Nurlan Xudazarov, onların daimi dağ, kəndir yoldaşı Elbəy Mustafabəyli və Elnur Xankişiyev yola salıblar.
Səfərin ümumilikdə 2 həftə davam edəcəyi gözlənilir. Hər iki alpinistə uğurlar arzulayırıq!