Xəbərlər
Azərbaycanlı dağçı qadınlar Kilimancaro dağını fəth etdi
Azərbaycanlı dağçı qadınlar Mina Əliyeva və Sima Səfərova Kilimancaro dağını fəth edərək Azərbaycan bayrağını dalğalandırıblar.
Azərbaycanlı dağçı qadınlar Mina Əliyeva və Sima Səfərova 28 mart səhər saat 7:00-da -8 dərəcə hava şəraitində 5 saata, ümumi olaraq isə 5 günə Kilimancaro dağının ən yüksək – Uhuru zirvəsini fəth edərək Azərbaycan bayrağını dalğalandırıblar.
“Çox çətin və bir az yorucu oldu, çünki biz 5 günə zirvəni vurub düşdük, musson yağışları bir də havanın soyuğu (biz öyrəşmədiyimiz iqlimdə fərqli idi) bizi çox yordu. Buna baxmayaraq biz qarşımıza qoyduğumuz məqsədə nail ola bildik” – deyə Sima Səfərova “Burdan Bura”ya verdiyi açıqlama da qeyd edib.
Bununla da Kilimancaro dağını artıq 4 azərbaycanlı qadın dağçı fəth etmiş oldu. Daha öncə 2019-cu ildə Jamilla Artisan və 2023-cü il yanvar ayında Günay Əliyeva zirvəni fəth etmişdi.