Xəbərlər

Azərbaycanlı dağçılar Ağrı dağına çıxmağa hazırlaşırlar

Azərbaycanlı dağçılar Ağrı dağına çıxmağa hazırlaşır. Məlumatı təcrübəli dağçı Toğrul Cəfərov öz sosial şəbəkə hesablarında paylaşıb.

Azərbaycanlı dağçılar Ağrı dağına çıxmağa hazırlaşır.

Bu barədə məlumatı təcrübəli dağçı Toğrul Cəfərov öz sosial şəbəkə hesablarında paylaşıb.

“Bu saatlarda iki nəfər azərbaycanlı Ağrı dağının 3200 metrlik kampında çadırda yatır. Onlar “Exploremountains”ın üzvü, təcrübəli dağçı Rinat Rəhimxanov və “Tufan Dağçılıq Klubu”nun üzvü, son bir ildə dağların qəniminə çevrilən Xanlarzadə Xanlardır.

Dağçılarımız mart ayının 19-u Bakıdan çıxaraq axşama Doğubeyazıta çatmışdır. Bir günlük istirahətdən sonra 21 mart tarixində yürüşə başlamış və 3200 metrdə düşərgə qurmuşlar. Sabah 4000 metrə qədər akklimatizasiya yürüşü etdikdən sonra birisi gün 4200 metrdə düşərgə quracaqlar. Hər şey planlandığı kimi gedərsə dağçılarımız 24 martda zirvəyə cəhd edəcəklər.

Bu günə olan məlumat belədir: hava küləksizdir, hərarət -10 dərəcə (saat 22:00 üçün), qar dizdən yuxarıdır, yeriməyi çətinləşdirir.

Dağçılarımıza uğurlar arzu edirəm və havanın onlar üçün yaxşı olmasını diləyirəm” – deyə o bildirib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version