Xəbərlər
Azərbaycanlı səyahətçilər Ukraynadan çıxa bilib
Azərbaycanlı səyahətçilər Baba Ağayev və İbrahim Süleyman 23 fevral iş ilə əlaqədar Ukraynanın Lvov şəhərinə səfər etmişdilər.
Azərbaycanlı səyahətçilər Baba Ağayev və İbrahim Süleyman 23 fevral iş ilə əlaqədar Ukraynanın Lvov şəhərinə səfər etmişdilər. Onlar ölkəyə girdikdən 2 saat sonra fövqəladə hal elan edilib və Ukraynanın hava məkanı bağlanıb.
Bir müddət sonra onların Fevralın 26-a olan geri uçuşları da ləğv edilib. Səyahətçilər iki dəfə Polşa sərhədini keçməyə çalışsa da alınmayıb və geri qayıdıblar. Nəhayət onlar bu gün “Rava-Ruska” sərhəd keçid məntəqindən Polşaya keçə biliblər.
“Biz ölkədən çıxdıq, amma ürəyimiz geridə – Ukraynada qalan yüzlərlə azərbaycanlı və Ukrayna xalqı ilədir. Tezliklə həm müharibənin, həm Putin tiranlığının bitməsi ümidilə!” Baba Ağayev öz sosial media hesabında qeyd edib.