Xəbərlər

Balaxanı qəsəbəsində turizmçilərlə infotur keçirilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və “EZONE” şirkətinin birgə təşkilatçılığı ilə turizm şirkətləri üçün Balaxanı qəsəbəsinə infotur təşkil edilib.

Turizmçilər həftəsonu Balaxanıda

Mayın 29-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və “EZONE” şirkətinin birgə təşkilatçılığı ilə turizm şirkətləri üçün Balaxanı qəsəbəsinə infotur təşkil edilib.

Burdan Bura Turizmplus.az-a istinadən xəbər verir ki, Assosiasiya üzvlərinin və “EZONE” şirkətinin nümayəndələrinin qatıldığı səfər çərçivəsində iştirakçılar Balaxanı qəsəbəsinin abad olunmuş turistik yerlərinə səfər edib, qəsəbə küçələrinin yeni görünüşü ilə yaxından tanış olublar.

Bakının qədim yaşayış məskənlərindən biri olan Balaxanı qəsəbəsi 2020-ci ilin sentyabırından etibarən yenilənmiş, turistik baxımdan cəlbedici görünüşü ilə həftə sonları insanların üz tutduğu yeni turistik istiqamətlərdən biri sayılır.

Buranın tarixi-mədəni abidələrlə zəngin olması, qədim və müasir küçələrinin kontrastı, eləcə də Bakıdan bir neçə kilometr məsafədə yerləşməsi Balaxanını yeni turizm marşurutu kimi turizm şirkətləri üçün cəlbedici edir.

Ərazidə həm xarici, həm də yerli turistlərin vaxt itgisini minimuma endirmək və turist məmnunluğunu təmin etmək üçün ekoloji baxımdan təmiz olan elktriklə işləyən kvadraskuterlər də istifadəyə verilib. Artıq turistlər bu vasitələrdən istifadə etməklə Balaxanı qəsəbəsinin yeniləmiş müasir küçələrinin bir nöqtəsindən digərinə daha qısa zamanda çatma imkanı qazanacaqlar.

Təşkil olunan səfər çərçivəsində infotur iştirakçıları Balaxanıda keçirilən gül yarmarkasında da iştirak ediblər.

Növbəti birgə infoturun “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda və palçıq vulkanlarının yerləşdiyi ərazidə keçirilməsi nəzərdə tutulur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version