Xəbərlər

“Bazardüzü – Azərbaycanın zirvəsi” sənədli filminin təqdimatı keçirildi

Filmdə Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzünə dırmanma zamanı qarşıya çıxan çətinliklər və yol addım-addım izah edilir.

Yanvarın 21-də “Salaam Cinema Baku”da “Explore Mountains” komandasının üzvü olan peşəkar dağçılar və Fərid Mustafayevin birgə fəaliyyəti ilə hazırlanmış “Bazardüzü – Azərbaycanın zirvəsi” adlı sənədli filmin təqdimatı keçirildi.

Filmdə Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzünə dırmanma zamanı qarşıya çıxan çətinliklər və yol addım-addım izah edilir, izləyicidə dağçılıq barədə təsəvvür formalaşdırır.

Filmin müddəti 20 dəqiqədir. Təqdimatdan sonra Şəki şirniyyatları ilə çay süfrəsi təşkil olundu və dağ bələdçiləri ilə müzakirələr edildi.

Təqdimatdan bir neçə maraqlı fotoları sizinlə bölüşürük.

Növbəti təqdimat 24 yanvar, saat 19:00-da “Flora Hostel”-də olacaq.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version