Xəbərlər
Bir qab su qarşılığında səyahət yoldaşı olan it
Kitmir Sumqayıtdan – Şabranadək təxminən 100 km yol qət edib. O bəlkə də Azərbaycanın ən uzun məsafəyə səyahət edən itidir.
Bakıdan – Qubaya piyada səfər edən Ağa Mehdiyevə yol yoldaşı olan it. Kitmir Sumqayıtdan – Şabranadək təxminən 100 km yol qət edib. O bəlkə də Azərbaycanın ən uzun məsafəyə səyahət edən itidir.
Ağa Mehdiyev Oxu.az-a verdiyi müsahibədə deyir: “Bəli, çox qəribə bir vəfa var itlərdə. Sumqayıtda gördüm onu və su verdim. Həmin it bu suyun müqabilində düz Şabrana qədər mənə yoldaşlıq etdi. Təxminən 100 km piyada yolu gecə-gündüz mənimlə gəldi. Heç insan insana bu qədər vəfalı olmur. Şabranda bir-birimizi itirdik. Onun adını Kitmir qoymuşdum. O it tarixdə qalıb, ziyarətgahlardan birində sığınan insanlara yol göstərib. İndi bu it də mənim üçün tarixdə qalıb. Şabranda hotelə getdim, səhər iti tapmadım. Çox ümid edirəm ki, onu yenidən tapacam və özümlə geri qaytaracam. Hələ də onun məni yenidən tapacağına inanıram”.