Xəbərlər

“Buta Airways” 3 iyundan etibarən Bakı – Həştərxan – Bakı reysinə start verir

«Buta Airways» iyunun 3-dən etibarən Bakıdan Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayır.

«Buta Airways» iyunun 3-dən etibarən Bakıdan Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayır.

Bakı-Həştərxan-Bakı istiqaməti üzrə uçuşlar həftədə bir dəfə – həftənin cümə axşamı günləri yerinə yetiriləcək. İstənilən Azərbaycan vətəndaşı bu reyslə Rusiyaya səfər edə bilər.

Qeyd edilən reyslərə biletlər aviaşirkətin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version