Səyahətçilər
Cavid Qara
Kəndlinin adamı
Cavid Qara
Doğum tarixi: 1991
Təhsili: Bristol Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @cavidqara
Facebook: Cavid Qara
Cavid Qara 1991-ci ildə Bakıda doğulub və böyüyüb. Atası mühəndis, anası isə müəllimdir. Yay tətillərini qohumlarının yaşadığı Şəmkirin İrmaşlı kəndində keçirib. Təsərrüfat işlərində kənd uşaqlarından heç də geri qalmayıb.
Fəaliyyəti
2014-cü ildə “Camping Azerbaijan” brendi ilə ekoturizm prinsipləri ilə təbiət və kənd turizmi sahəsində sosial yönümlü sahibkarlıq fəaliyyətinə başlayıb. Qısa bir zamanda bu sahənin inkişafında öz sözünü deyən bir komanda qurmağı bacardı. Komandanın böyük bir hissəsi Quba-Qusar bölgəsində olan onlarla yeni turizm yollarının və məntəqələrinin hazırlanması və təbliğində pioner oldu. Onlarla kənd ailəsinə bu sahədə məşğulluq yarada bildilər.
Bu komandanın əsasında “Kəndabad” adı ilə ucqar kəndlərdə sosial layihələr həyata keçirməyə başladılar. Təşəbbüskarı olduğu və komandasının həyata keçirdiyi əsas layihələr:
– Son 4 ildə hər il onlarla ucqar dağ kəndində yüzlərlə uşağa hədiyyə çatdıran “Şaxta Baba Ucqar Kəndlərdə” layihəsi.
– 4-cü dərs ilidir ki, artıq 5 marşrutla 40-a yaxın uşağı davamlı olaraq məktəb olmayan kəndlərdən qonşu kəndlərə aparan “Məktəb Avtobusu Ucqar Kəndlərdə” layihəsi.
– 2 dəfə ucqar kənd uşaqlarını Bakıya gətirən, mədəni tədbirlərlə zəngin bir neçə günlük “Mən Bakıda Olmuşam” layihəsi.
Eyni komandanın bazasında ətraf mühit problemlərinin həlli istiqamətində prinsipial mövqe ortaya qoyan, davamlı kampaniyalar aparan “Ecofront” komandasını yaratdılar. Hər fürsətdə kənd icmalarının maraqlarını müdafiə etməyə və yerli icmaların ətraf mühitin idarə edilməsində və qərarvericilikdə rolunun vacibliyini qabartmağa çalışdılar.
2017-2018-ci illərdə bir illik xidməti müqavilə əsasında Ekologiya və Təbii Sərbətlər Nazirliyində Meşələrin İnkişafı Departmentində meşələrin mühafizəsi üzrə baş məsləhətçi vəzifəsində işləyib.
2009-cu ildən ictimai-siyasi aktivliyə başlayıb. Ölkədə ədalətli və zəngin cəmiyyətin qurulmasının seçkilərdə aktiv iştirakdan keçdiyinə inanır. Heç bir siyasi partiya və təşkilatın üzvü deyil.
2020-ci il 9 fevralda keçirilən növbədənkənar Parlament seçkilərində 53 saylı Quba-Qusar seçki dairəsindən namizədliyini irəli sürüb.