Səyahətçilər
Cəlil Məmmədzadə
Avtostopla Pamirə
Cəlil Məmmədzadə 1988-ci ildə Bakı şəhərində anadan olub. Bir müddət turizm sahəsində çalışıb. Cəlil bir gün çadırını da götürüb çıxsın gəzmək qərara gəlir. Yaxından başlayıb, sonra o gəzmək bu gəzmək yollar uzaqlara aparıb. 2017-ci ildə avtostopla bütün MDB ölkələrini gəzib dolaşıb. Bir ucu Ukraynanın, Belarusiyanın qərbi, o biri ucu Qazaxıstan, Çinin sərhədinə kimi gedib çıxıb, Pamir yolunu da keçib qayıdıb.
Cəlil 2019-cu ildən həyat yoldaşı ilə Azərbaycanın rayonlarında kamp qurur həm də yaxın ölkələrə səyahət edib tarixi yerlərində, təbiətində vloq çəkir.