Xəbərlər

Cənubi Koreyalı alpinist adını tarixə yazaraq vəfat etdi

Cəbubi Koreyalı alpinist HongBin Kim dünyanın ən hündür 12-ci zirvəsi olan Broud-Pik-ə qalxaraq adını tarixə yazıb.

Cəbubi Koreyalı alpinist HongBin Kim dünyanın ən hündür 12-ci zirvəsi olan Broud-Pik-ə qalxaraq adını tarixə yazıb.

O, həmin zirvəyə qalxaraq Q14 proqramını icra edən 44-cü və dünyada bu proqramı icra edən ilk fiziki məhdudiyyətli insan olaraq tarixə düşdü.

Lakin çox təəssüflər olsun ki, 56 yaşlı alpinist zirvədən düşərkən 7900 metr hündürlükdə faciəli şəkildə vəfat edib.

Dağda olan və xilasetmə işində iştirak edən rus alpinist Anton Pugovkinin dediyinə görə, Kim Hong-Bin dağın kənarında bir çata düşərək ölüb.

Qeyd edək ki, həmyerlimiz İsrafil Aşurlı da hazırda həmin zirvə yolunda, baza düşərgəsindədir. İlk cəhdi uğursuz alınsa da növbəti dəfə zirvəyə çıxmağa çalışacaq. İsrafil Aşurlı zirvəyə çıxacağı təqdirdə Broud Pikə-ə qalxan ilk azərbaycanlı olaraq tarixə düşəcək.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version