Xəbərlər
Çili çimərlikləri bağlayır
Çilidə Tonqa Krallığının sahillərində vulkan püskürməsindən sonra sunami xəbərdarlığı elan edilib.
Çilidə Tonqa Krallığının sahillərində vulkan püskürməsindən sonra sunami xəbərdarlığı elan edilib.
Burdan Bura RİA-ya istinadən xəbər verir ki, Milli Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, Çili hökuməti Tonqa əyalətində Hunqa Haapai vulkanının püskürməsindən sonra sunami təhlükəsi ilə əlaqədar ölkənin bir çox bölgələrində çimərliklərin bağlanması barədə göstəriş verib.
Bundan əvvəl digər Sakit okean dövlətləri də sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilmişdi.
“Elan edilmiş ehtiyat tədbirləri profilaktik tədbirdir, insanlardan çimərlikləri, körfəzləri və sahilyanı istirahət zonasını tərk etmələri xahiş olunur” – deyə Fövqəladə Hallar İdarəsi açıqlama yayıb.