Xəbərlər

Distant işləmək üçün ən yaxşı ölkələrin adı açıqlanıb

Uzaqdan işləmək üçün ən yaxşı ölkələrin adı açıqlanıb. Portuqaliya “rəqəmsal köçərilər” üçün ən yaxşı ölkə seçildi.

Uzaqdan işləmək üçün ən yaxşı ölkələrin adı açıqlanıb.

Portuqaliya “rəqəmsal köçərilər” üçün ən yaxşı ölkə seçildi.

Travel Daily Media xəbər verir ki, uzaqdan iş və turizmi birləşdirən peşəkarlar üçün ən uyğun ölkələr müəyyən edilib.

Səyahət sifarişi şirkəti “Kayak” 111 ölkəni təhlil edib və hər bir ölkəni altı kateqoriyada 22 faktorla sıralayıb. Onlar yaşayış minimumunu, tibbi xidmətin keyfiyyətini və təhlükəsizlik səviyyəsini, nəqliyyatın əlçatanlığını və səyahət xərclərini, sosial dəstəyi, hava şəraitini və digər mühüm göstəriciləri nəzərə alıblar. Nəticədə, işləmək üçün ən əlverişli, eyni zamanda yaşamaq və əylənmək üçün rahat olan ölkələrin reytinqi ortaya çıxıb.

Portuqaliya bütün kateqoriyalar üzrə yüksək nəticə ilə siyahıya başçılıq edir. Burada əla hava, səyahət etmək üçün çoxlu maraqlı yerlər, aşağı cinayət nisbətləri və nisbətən aşağı yaşayış xərcləri var. Dövlət “rəqəmsal köçərilərə” asanlıqla viza verir və burada bir çox yerli sakin ingilis dilini yaxşı bilir.

İspaniya ikinci yerdədir. Bu ölkə də uzaqdan işləyən işçilərə viza verir. Ekspertlər çoxlu sayda restoran və kafe, yüksək internet sürəti, evdən kənarda, kovorkinq məkanlarında işləmək üçün çoxsaylı imkanları qeyd ediblər.

Siyahıda üçüncü yerdə Rumıniya qərarlaşıb. Onun üstünlüyü yaşayışın aşağı qiyməti, ucuz uzunmüddətli mənzil kirayəsi və yeməkdir.

Mavriki, Yaponiya, Malta, Kosta-Rika, Panama, Çexiya və Almaniya da ofisdən kənarda işləmək üzrə ilk onluğa daxil olublar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version