Xəbərlər

Dünyanı gəzən məşhur ərəb ailə Bakıdadır

Yutuber instaqram hesabında həyat yoldaşı Salama Məhəmməd və uşaqları ilə birgə Bakının tarixi İçəri şəhər ərazisində çəkilmiş fotoşəklini paylaşıb.

Ailəsi ilə birgə dünyanı gəzən məşhur ərəb yutuber Xalid əl-Əmiri Bakıdadır.

Yutuber instaqram hesabında həyat yoldaşı Salama Məhəmməd və uşaqları ilə birgə Bakının tarixi İçəri şəhər ərazisində çəkilmiş fotoşəklini paylaşıb.

Xalid paylaşdığı fotoya isə “Birlikdə səyahət edən ailə birlikdə qalır, ya da bir-birini tamamilə dəli edir. Gedirik, görək bu dəfə nə olacaq” sözlərini əlavə edib.

Qeyd edək ki, Xalid əl-Əmiri BƏƏ-də dünyaya gəlib. 38 yaşlı yutuberin Salama Məhəmməd ilə evliliyindən Xəlifə və Abdullah adlı oğlanları var.

Yutub səhifəsində 1 milyondan çox izləyicisi olan cütlük daha çox öz həyatları ilə bağlı gündəlik videoçarxları ilə məşhurdur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version