Xəbərlər

Dünyanın ən xoşbəxt ölkəsi seçilib – Siyahı

Finlandiya “World Happiness Report”un dünyanın ən xoşbəxt ölkələri siyahısına ardıcıl beşinci dəfə başçılıq edir.

Dünya Xoşbəxtlik Hesabatı hər il Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Bölməsi tərəfindən hazırlanır. O, dünyanın 146 ölkəsini qiymətləndirir və ömür uzunluğu, sosial dəstək, korrupsiya və digər göstəriciləri nəzərə alır. İlk Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildə dərc edilib.

Finlandiya “World Happiness Report”un dünyanın ən xoşbəxt ölkələri siyahısına ardıcıl beşinci dəfə başçılıq edir.

Ən xoşbəxt ölkələrin ilk onluğuna, həmçinin Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Lüksemburq, İsveç, Norveç, İsrail və Yeni Zelandiya daxildir. ABŞ 16-cı (2021-ci ildə 14-cü), Böyük Britaniya 17-ci (2021-ci ildə 18-ci), Fransa 20-ci (dəyişməmiş) yerdədir.

Azərbaycan dünyanın ən xoşbəxt ölkələri siyahısında 92-ci yerdə qərarlaşıb.

Keçmiş SSRİ ölkələrindən Litva və Estoniya ən yaxşı göstəricilərə malikdir – müvafiq olaraq 34-cü və 36-cı yerlər, Qazaxıstan 40-da, Latviya 42-də, Özbəkistan 53-də, Moldova 62-də, Qırğızıstan 64-də, Belarus 65-də, Türkmənistan 78-ci, Rusiya 80-ci (2021-ci ildə 60-cı), Ermənistan 82-ci, Tacikistan 83-cü, Ukrayna 98-ci, Gürcüstan 105-ci yerdədir.

BMT-yə görə ən bədbəxt ölkələr Əfqanıstan (reytinqin sonuncu cərgəsi) və Livan olub.

Materiallardan istifadə edərkən istinad mütləqdir!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version