Xəbərlər
Əfsanəvi alpinist bədbəxt hadisə nəticəsində həlak olub
Əfsanəvi alpinist, “BASE Jumper” və sürət ustası Ammon Maknili Yuta ştatı, Moab yaxınlığında bədbəxt hadisə nəticəsində həlak olub.
Əfsanəvi alpinist, “BASE Jumper” və sürət ustası Ammon Maknili Yuta ştatı, Moab yaxınlığında həlak olub.
Burdan Bura Gripped Magazine-ə istinadən xəbər verir ki, Maknili uçurumdan yıxılıb. Hələlik hadisə ilə bağlı əlavə bir təfərrüat məlum deyil.
Maknili dünyanın ən yaxşı qayayadırmananlarından biri idi. Onun ən çətin cığırlara və qayalara yüksək sürətlə qalxması bütün dünyaya səs salmışdı. O, həmçinin dırmaşma və “BASE Jumping” icmalarında çox sevilən bir fiqur idi.
Maknili 2013 və 2017-ci illərdə Moab ətrafında iki ciddi “BASE Jumping” qəzasından sağ çıxmışdı. İkincisindən sonra bir ayağının müəyyən hissəsi amputasiya edilməli olmuşdu.
“80 il darıxdırıcı həyat yaşamaqdansa, 40 il həyəcan, əyləncə və coşğu dolu yaşamağa üstünlük verirəm” – deyə Maknili deyirdi.