Səyahətçilər

Elvin Quliyev

11 nömrə

Elvin Quliyev

Sosial şəbəkə hesabları:
Instagram: @elvin.guliyev
Facebook: Elvin Guliyev

Səyahətsevərlərin 11 nömrə kimi tanıdığı, “nə qədər qalıb?” sualına qıcıq olub tur iştirakçılarını bir çaydan 27 dəfə keçirən Elvin Quliyev.

Həyatı

26 yaşlı təbiət dostumuz Universitet illərinin sıxıcı və Bakının hazır, komfort həyatından sonra 2013-cü ildən təbiət yürüyüşləri, kempinqlər etməyə başlayıb. Uşaqlıqdan evlərin damına, ağacların başına çıxmaq həvəsi sonradan pilot olmaq istəyi ilə əvəzləndi və sonda ekstremal idman növlərinə maraq yaratdı.

2015-2018-ci illərdə Azərbaycanda və Türkiyədə dağçılıq məktəbi təhsili alıb, kurslara qatılmışdır. Həmçinin dağ velosipedi, paraplan, paraseylinq, xizək, draytulinq, buzadırmanma kimi idman növləri ilə həvəskar məşğul olmuş, buzadırmanma üzrə hakimlik dərəcəsinə yiyələnmişdir.

Səyahət

Azərbaycanda Gəncə, Göygöl, Sumqayıt və Bakı şəhərlərində veloyürüşlərin aktiv iştirakçısı olmuş, velosipedin və aktiv sağlam həyatın təbliğatçısı olmuşdur. Azərbaycan, Türkiyə, İran və Gürcüstan təbiətinə yaxşı bələddir.

Yürüş etdiyi bəzi zirvələr:

Dəmavənd (5671m), İran, Mazandaran
Savalan (4811m), İran, Ərdəbil
Bazardüzü (4466m),
Babadağ, Qızılqaya, Qoşqar, Heydər Əliyev zirvəsi və s.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version