Xəbərlər
Ən böyük səyahət klublarının üzvləri Bakıda təlim keçəcək
Mehraj Mahmudovun təşəbbüsü və Prezident Administrasiyasının dəstəyi ilə dünyanın ən böyük 4 beynəlxalq səyahət klubunun üzvü Azərbaycanda.
Sentyabrın 26-da Mehrac Mahmudovun təşəbbüsü və Prezident Administrasiyasının dəstəyi ilə dünyanın ən böyük 4 beynəlxalq səyahət klubunun üzvü olan top 30 ən öndə gedən səyahətçiləri Azərbaycana gəlir. “Fairmont Baku” otelində sizin üçün onların peşəkar təlimi təşkil olunur. Təlimlərə qatılmaq arzusunda olan, onların təcrübəsindən faydalanmaq istəyən şəxslər Mehrac Mahmudov -un profilindəki linkdə qeydiyyatdan keçərək, müraciət edə bilər. Qeydiyyat 25 sentyabrda tamamlanır.
Masterclass saat 16:30 – 19:00 arası baş tutacaq
Masterclass-da çıxış edəcək dünyaca məşhur səyahətçilər və digərləri:
- Harry Mitsidis
- Donald Parrish
- John Jeffrey
- Artemy Lebedev
- Joann Schwart
- Charly Adams
- Mehrac Mahmudov