Xəbərlər
Fərid Novruzi dünya səyahətini başa vurdu
Fərid Novruzi dünya səyahətinin son nöqtəsi olan Kosta Rikaya çataraq macəra dolu uzun səyahətini burada bitirdiyini elan edib.
Fərid Novruzi dünya səyahətinin son nöqtəsi olan Kosta Rikaya çataraq macəra dolu uzun səyahətini burada bitirdiyini elan edib. O səyahətin son mərhələsi olaraq bu ölkəyə Panamadan avtobusla 17 saatlıq yolçuluqdan sonra çatmağa nail olub.
Planlaşdırılan 180 gün əvəzinə, onu 158 günə tamamladı və demək olar ki, bütün dünya səyahəti Pandemiya dövründə baş tutdu – bu faktor da onun unikallığını artırdı.
Son ildə dünyanın bu ağır vəziyyətində təyyarəsiz dünya ətrafında gəzən, 40 ölkəni ziyarət edən, iki dəfə ekvatoru keçən, iki antaqonist nöqtəyə ayaq basan, 60.000 km-dən çox quruları, dənizləri, okeanları qət edən , bütün 6 qitəni ziyarət edən (Antarktida nəzərə alınmır) və bütün bunları təyyarəsiz həyata keçirən, planetimizin tarixinin ən çətin ərəfəsində bacaran olmayıb.
“Azərbaycanın müasir tarixində ilk Magellanam ya yox, onu deyə bilmirəm, amma bu önəmli deyil; əsas odur ki, xəyalımı Allahın izniylə həyata keçirə bildim”. – deyə Fərid Novruzi qeyd edib.