Xəbərlər

Fərid Novruzi dünya turunun ikinci mərhələsinə başladı

Fərid Novruzi dünya səyahətinin tam qaydalara uyğun olması üçün bir daha yola düşüb.

Fərid Novruzi dünya səyahətinin tam qaydalara uyğun olması üçün bir daha yola düşüb.

Məşhur səyahətçi artıq ilk ölkəsi, Gürcüstana daxil olub. O, Gürcüstan, Türkiyə, Balkanlar üzərindən olmaqla, quru yollarla Avropa Birliyinə çatmağı planlaşdırır. Avropadan isə Şimali Amerika istiqamətində üzən hər hansı bir kruiz gəmisinə minməyə çalışacaq. Onun sözlərinə görə, bu səyahətinin ən çətin məqamıdır, çünki hər gün o istiqamətdə gəmilərin gedişi ləğv olunur.

Qeyd edək ki, “Fərid Novruzi ilə 180 gün Dünya ətrafında” layihəsinə 30 yanvar 2020-ci il tarixində start verilmişdi. Layihə çərçivəsində onun təşəbbüskarı, “Novco Group of Companies ” şirkətinin rəhbəri Fərid Novruzi 6 ay ərzində təyyarədən istifadə etmədən, yalnız dəniz və avtomobil nəqliyyatı vasitəsilə dünyanın 40-dan çox ölkəsinə səyahət edəcəkdi. Lakin səyahət pandemiya səbəbindən yarımçıq qalmışdı.

Biz də Burdan Bura komandası adından Fərid bəyə uğurlar arzulayırıq. Səyahətini müvəffəqiyyətlə tamamlamağını diləyirik.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version