Xəbərlər
Gəncədən Odessaya təyyarə reysi açılacaq
Gəncədən Odessaya birbaşa təyyarə reysi açılması planlaşdırılır. “Bees Aero” şirkətinə Odessa-Gəncə-Odessa reysi üçün icazə verilib.
Gəncədən Odessaya birbaşa təyyarə reysi açılması planlaşdırılır. Ukraynanın Dövlət Aviasiya xidməti “Bees Aero” şirkətinə Odessa-Gəncə-Odessa reysi üçün icazə verib. Plana görə uçuşlar 1 oktyabr 2021-dən etibarən həftədə 2 dəfə olacaq.
Qeyd edək ki, Bees Airline 2021-ci ilin mart ayından uçuşlara başlayıb, aşağı büdcəli aviaşirkətdir və dörd ədəd 189 nəfərlik Boeing 737-800 təyyarəsi var. Təyyarələrin orta yaşı 11-dir. Hazırda Kiyev və digər şəhərlərdən Avropa və post-sovet ölkələrinə uçur.