Xəbərlər

Gürcü alpinistlər Qafqaz dağlarında ilkə imza atıb

Gürcü alpinistlərdən ibarət komanda 4852 metr hündürlükdə Tetnuldi dağının zirvəsinə tarixdə ilk dəfə qış fəslində qalxıblar.

Gürcü alpinistlərdən ibarət komanda: Arçil Badriaşvili, Bakar Gelaşvili və Giorgi Tepnadze 4852 metr hündürlükdə Tetnuldi dağının (həmçinin Tetnuld adlanır) zirvəsinə tarixdə ilk dəfə qış fəslində qalxıblar.

“Qafqazın sehrli gözəlliyinin əsl simvolu olan Tetnuldi (4858 m) bizi sərt qışla qarşıladı, lakin yenə də səxavətlə zirvəyə qalxmağa və sağ-salamat qayıtmağa imkan verdi. Giorgi Tepnadze və Bakar Gelaşvili ilə birlikdə 3 gün ərzində marşruta qalxdıq, yolumuzu simvolik Qərb Divarına qalxmaqla bitirdik” – Arçil Badriaşvili deyib.

“Biz (Gürcüstanda və xaricdə) Tetnuldinin keçmiş qış qalxışları haqqında bir qədər məlumat tapmağa çalışdıq, lakin uğurlu qalxışlar haqqında heç nə tapa bilmədik. Əgər axtarışımızda nəyisə əldən vermişiksə və belə qış yüksəlişləri daha əvvəl olubsa, zəhmət olmasa bizə bildirin” – deyə Arçil əlavə edib.

Qeyd edək ki, bundan əvvəl bu üç gürcü alpinist 2021-ci ilin sentyabrında Pakistanın Saraqrar dağının şimal-qərb zirvəsinə (7300 metr) ilk, eləcə də tarixdə üçüncü dəfə Lanquta-e-Barfi zirvəsinə (6827 m ) qalxıblar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version