Xəbərlər
Gürcü alpinistlər yenidən ilkə imza atdı
Gürcü alpinistlər 6827 metr yüksəklikdəki “Languta-e-Barfi” zirvəsinə qalxıblar.
Gürcü alpinistlərdən ibarət komanda: Arçil Badriaşvili, Bakar Gelaşvili və Giorgi Tepnadze-nin sentyabr ayının əvvəli 7300 metr yüksəklikdə yerləşən Saraqrar dağının şimal-qərb zirvəsinə ilk dəfə çıxmaqları haqqında yazmışdıq. İndi isə alpinistlər başqa bir diqqətəlayiq ekspedisiyanı uğurla başa çatdırıblar.
Əsas məqsədləri olan Saraqrar dağına akklimatizasiya prosesini onlar məhz burada Roş-Qol vadisində keçmişdilər. Onlar 6827 metr yüksəklikdəki “Languta-e-Barfi” zirvəsinə qalxıblar. Bu, 1963-cü ildən bəri Polşa ekspedisiyası tərəfindən kəşf edildikdən sonra bu zirvəyə üçüncü çıxış oldu. Digər çıxışlardan fərqli olaraq Gürcüstan komandası zirvəyə cənub divardan qalxaraq ilkə imza atıb ( ilk dəfə cənub divarından zirvəyə qalxmağa Pat Deavoll və Chris Todd-dan ibarət Yeni Zelandiya komandası tərəfindən 2014-cü ildə cəhd edilib).