Xəbərlər

Gürcüstan 2022-ci ildə turizmdən rekord gəlir əldə edib

Milli Turizm Administrasiyası: Gürcüstanın turizm gəliri rekord həddə – 3,5 milyard dollara çatıb.

Gürcüstanın turizmdən əldə etdiyi gəlir ötən il 2019-cu ildəki göstəricini 2 dəfədən çox üstələyərək rekord həddə çatıb – 3,5 milyard dollar təşkil edib.

Marja xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının saytında bildirilir.

“2022-ci ildə turizm gəliri 2019-cu ili üstələyərək rekord həddə – 3 516 634 479 dollara çatıb ki, bu da 2019-cu illə müqayisədə 107,6% çoxdur. 2021-ci illə müqayisədə turizm gəlirləri 2 271 692 761 (+182,5%) dollar artıb”, – açıqlamada deyilir.

Dekabrda turizm gəlirləri 363 306 614 dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 167,2%, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə (+ 237 255 596 dollar) çoxdur.

“Turizmin bərpası dinamikasına gəlincə, 2022-ci ildə Gürcüstana 5 milyon 426 min 903 əcnəbi səyahətçi səfər edib ki, bu da 2021-ci illə müqayisədə 188,5% çoxdur”, -məlumatda bildirilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version