Xəbərlər
Hindistan beynəlxalq uçuşları tam bərpa edir
Bu barədə Hindistan Mülki Aviasiya naziri Jyotiradithya Shindia ölkə parlamentinin yuxarı palatasında çıxışı zamanı bildirib.
Hindistan martın 27-dən beynəlxalq uçuşları tam bərpa edəcək.
Bu barədə Hindistan Mülki Aviasiya naziri Jyotiradithya Shindia ölkə parlamentinin yuxarı palatasında çıxışı zamanı bildirib. Pandemiya ilə əlaqədar tətbiq edilən təcrid rejimi 2020-ci ilin mart ayının sonundan etibarən ölkədə daxili və beynəlxalq reyslər dayandırılıb.
Nazirlik iyulun ortalarında “hava qabarcığı” proqramını təsdiqləmişdi ki, bu da yalnız iki ölkə arasında məhdud sayda uçuşlar həyata keçirməyə imkan verirdi. Oxşar sazişlər 28 dövlətlə bağlanmışdı.